Gəncədə ikimərtəbəli yaşayış evində yanğın olub. Bu barədə 31 dekabr tarixində Report.az-a istinadən xəbər veririk.
Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. R.Əliyeveva məxsus, sahəsi 220 kv.m olan kürsülü evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.
FHN-nin əməkdaşları tərəfindən alovun qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. [modula id="30389"]