Gəncədə Apellyasiya məhkəməsinə yeni təyinatlar olub. Bu haqda 21 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilib.
Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov həmin məhkəmədəki vəzifəsindən azad olunub. O, Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin vəzifəsi dəyişdiriləcək. O da Apellyasiya Məhkəməsinin hakimi olacaq.
Həmçinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Səmədov Xaqani Hacı oğlu işindən azad olunaraq Şəki Apellyasiya Məhkəməsinə təyin ediləcək. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.