Gəncədə əsgər yataqxanasının binasında görüləcək işlərlə bağlı tender keçirilib. Bu haqda 21 dekabr tarixində Fed.az-a istinadən məlumat veririk.
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi “Gəncə-38" hərbi şəhərciyində yerləşən N nömrəli ikimərtəbəli əsgər yataqxanasının binasında aparılacaq işlərin satın alınması” tenderinə yekun vurub.
Müsabiqənin qalibi "Babil Construction And Procurement" MMC olub. Şirkətlə 1 milyon 736 min 979.91 manat məbləğində müqavilə imzalanıb.