Gəncəli şahmatçı dünya çempionatında növbəti oyunlarını keçirəcək. Bu haqda 27 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatı gedir. Burada ölkəmizi təmsil edən şahmatçılar arasında Ülviyyə Fətəliyeva da yer alır. Hazırda o, 2,5 xalla 27-ci pillədə qərarlaşıb.
Çempionat 30 dekabr tarixində başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster mübarizə aparır.