Gəncəli gənc xanım şahmat festivalında ikinci rəqibini məğlub edib. Bu haqda 14 dekabr tarixində Azərtac-a istinadən məlumat veririk.
İspaniyanın Sitges şəhərində şahmat festivalı keçirilir. Burada Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva da mübarizə aparır. Təmsilçimiz ikinci turda da qələbə qazanaraq, maksimum xalla (2 xal) irəliləyir.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə keçirilir və 10 turdan ibarətdir. Yarışda ümumilikdə 150 oyunçu iştirak edir.