Gəncə məktəblisi beynəlxalq müsabiqədə qalib olub. Bu haqda 21 dekabr tarixində 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyə istinadən məlumat veririk.
4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin 5 "E" sinif şagirdi Arif Meşaik Kopernik Olimpiadasında V-XII sinif şagirdlərinin Riyaziyyat, Fizika, Təbiət Elmləri, Astronomiya, Kibertəhlükəsizlik yarışlarında və Film Festivalında iştirak edib. Məktəblimiz dünya miqyasında tanınmış beynəlxalq müsabiqə platformasında qızıl medala layiq görülüb.