Gəncə şəhər 1 saylı qəbiristanlıqda abadlıq işləri davam etdirilir.
Gencexeber.az-ın məlumatına görə, şəhər sakinləri arasında daha çox Köhnə Səbiskar kimi tanınan qəbiristanlıqda asfalt örtüyü salınır. Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub.
Xeyirxah şəxslərin dəstə ilə həyata keçirilən işlər çərçivəsində təxminən 1500 kv.m sahədə yol örtüyünə asfalt döşənir.
Qeyd edək ki, tarixi təxminən 600 il təşkil edən qəbiristanlığın ərazisi təqribən 7 hektardır. Son bir il ərzində burada yağış sularının axıdılması məqsədi ilə drenaj və kanalizasiya sisteminin çəkilişi yekunlaşıb, habelə daxili yollar 1300 kv.m sahədə tamet daşları da örtülüb.