Gəncə təmsilçisi oyunçusu ilə müqaviləni uzadıb. Bu haqda 13 iyun tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz” PFK Yeqor Xvalko ilə müqavilənin artırılması üçün danışıqlarda müsbət nəticə əldə edib. Klub belaruslu müdafiəçi ilə daha birillik müqavilə bağlayıb.
Qeyd edək ki, təcrübəli arxa xətt oyunçusu 2022-ci ildən "Kəpəz"in şərəfini qoruyur. Xvalko komandanın kapitanlarından biridir.