top
Kişi ondan boşanan arvadını mikroavtobusda bıçaqladı
07 aprel 2025, 13:00
- ↺ +

Kişi ondan boşanan arvadını mikroavtobusda bıçaqladı

 

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Ceyhun Babalının (soyadı şərtidir) barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.аz xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 30 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində Gəncə şəhəri, Nizami prospektində dayanıqlı vəziyyətdə olan "Mersedes Sprinter" markalı mikroavtobusda qeydə alınıb.

Belə ki, Ceyhun Babalı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı, zərərçəkmiş Günay İsmayılovanın (şərti) yanında əyləşib. Sonra o, qadının naməlum avtomobildən düşməsini bəhanə edərək, turist bıçağı ilə zərərçəkmiş şəxsə qəsdən zərbələr endirib.

Hadisədən sonra Ceyhun Babalı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Zərərçəkmiş Günay İsmayılova ifadəsində bildirib ki, Ceyhunla 2018-ci ildə ailə qurub və 2022-ci ildə aralarında yaranmış münaqişəyə görə ayrılıb. Onlar ayrıldıqdan sonra birgə nikahdan olan 2 övladını eks-əri ona verməyib. Buna görə də qadın Ceyhuna qarşı Gədəbəy Rayon Məhkəməsində uşaq tələbinə dair iddia qaldırıb. Həmin məhkəmə prosesinin davam etdiyi bir ərəfədə Ceyhun vatsap vasitəsi ilə səs göndərərək uşağı ondan tələb etməyə davam edəcəyi təqdirdə onu öldürəcəyini bildirib.

Günay İsmayılova qeyd edib ki, məhkəmə prosesinin keçiriləcəyi gün, yəni 30 noyabr 2023-cü il tarixdə avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa minib:

“Təxminən 10-15 dəqiqə sonra Ceyhun da mikroavtobusa əyləşdi. Sonra baş və boyun nahiyəmə bıçaqla xəsarət yetirdi, əl-ayaq zərbələri vurdu. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığım şəxslər arxa qapını açıb məni oturacaqların altından dartıb çıxardı. Təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldım. Hadisəni törətdikdən sonra Ceyhun qaçmaq istəyərkən avtovağzalın çıxışında polis tərəfindən saxlanıldı”.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Ceyhun Babalı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs apellyasiya şikayətləri verib. Gəncə Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb. Daha sonra Günay İsmayılova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Bu gün, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Bu gün, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Bu gün, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Bu gün, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Bu gün, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Bu gün, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Bu gün, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Bu gün, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Bu gün, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Oxşar xəbərlər