Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 25 sentyabr tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli tikilidə qeydə alınıb. İkiotaqlı evin dam örtüyünün taxta atmaları 30 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 kvadratmetr sahədə əriyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Alov söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.