Gəncə sakini soyğunçuluq üstündə saxlanılıb. Bu haqda 28 dekabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini F.Mehtiyev saxlanılıb. O, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində rayon sakini R.Məmmədovun pulunun soyğunçuluq yolu ilə talanmasında şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.