Gəncə sakini oğurluq üstündə saxlanılıb. Bu haqda 5 yanvar tarixində Oxu.az-a istinadən məlumat veririk.
Bakıda məsciddən pul oğurlanıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini A.Mirzəyev saxlanılıb.
O, R.Rüstəmov küçəsində yerləşən məsciddən 910 manat oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.