Gəncədə həkim dələduzluqda ittiham olunur. Bu haqda 31 iyul tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Söhbət “Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidovdan gedir. O, cinayət məsuliyyətinə cəlb edilib. Seyidov 9 nəfərə yalan vəd verərək, onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilir.
Onun barəsində öncə həbs qətimkan tədbiri seçilıb. Daha sonra isə ev dustaqlığına buraxılıb. Hazırda iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.