Gəncə Kərpic Zavodu satılır. Bu haqda 4 iyun tarixində İqtisadiyyat.az-a istinadən xəbər veririk.
Zavod 6 milyon manata satışa çıxarılıb. Qapalı hissəsi 5 hektar əraziyə malik olan zavodun həyətyanı sahəsi ümumilikdə 55 hektardır.
2008-ci ildən fəaliyyətə başlayan zavod qərb bölgəsini kərpiclə təmin edib. Lakin koronavirus pandemiyası dövründə zavod fəaliyyətini dayandırıb.