“Kəpəz” ev oyununda qələbə qazanıb. Bu haqda Gencexeber.az 17 fevral tarixində futbol klubuna istinadən məlumat verir.
Təmsilçimiz Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Şamaxı” ilə qarşılaşıb. Matç komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qolların birini Abdullahi Şuaybu, ikisini isə Mate Kvirkviya vurub.
Xatırladaq ki, əsas komandanın baş məşqçisinə bildirilmişdi ki, qarşıdakı matçlarda qeydə alınacaq nəticələrdən asılı olaraq, onun komandadakı gələcəyinə aydınlıq gələcək.