Gəncə təmsilçisinə lisenziya verilməyib. Bu haqda 16 may tarixində AFFA-ya istinadən məlumat veririk.
AFFA-nın Lisenziya Komissiyasının iclası baş tutub. Burada Premyer Liqada çıxış edən 6 komandaya 2024/2025 avrokuboklar mövsümünə UEFA-nın klub yarışlarında iştirak üçün lisenziya verilib. Lakin o klublar arasında “Kəpəz” yer ala bilməyib.
“Sarı-göylər”lə yanaşı, "Səbail", "Araz-Naxçıvan" və "Qəbələ" də lisenziya ala bilməyib.