Gəncənin futbol komandası Bakıda məğlub olub.
“Kəpəz” PFK "Bayıl Arena"da “Səbail”in qonağı olub. Meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib. Matç Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində baş tutub.
Qeyd edək ki, “Kəpəz” ard-arda dördüncü qarşılaşmada uduzub. Klub 0 xalla turnir cədvəlinin sonuncu yerində qərarlaşıb.