Gəncənin futbol təmsilçisi "Kəpəz" baş məşqçi Adil Şükürovla vidalaşıb.
Klubun məlumatına əsasən, mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib: “Klubumuz Adil Şükürova xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır”.
Bildirilib ki, qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.