"Kəpəz" yarımmüdafiəçi ilə müqavilənin müddətini uzadıb. Bu haqda futbol klubuna istinadən xəbər veririk.
Klub 26 yaşlı futbolçusu Elnur Cəfərovla yola davam etmək qərarı alıb. Komandamız yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Elnur Cəfərov ötən mövsümün ikinci yarısını Gəncə təmsilçisinin əvəzedici komandasında keçirib.