Gəncə futbol komandasının oyunçularından biri heyəti tərk edib. Bu haqda 3 iyun tarixində futbol klubuna istinadən xəbər veririk.
Söhbət Elçin Əlicanovdan gedir. Oyunçunun “Kəpəz”lə müqaviləsi başa çatıb. O, “sarı göylər”in sıralarını tərk edib.
Qeyd edək ki, Əlicanov son üç ildə klubumuzun şərəfini qoruyub. Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm "Kəpəz" ilə Premyer Liqada oynayıb.