AFFA İntizam Komitəsi "Kəpəz" klubunun analitiki İlkin Verdiyevi cəzalandırıb. Buna səbəb Azərbaycan Premyer Liqasının IV turunun “Səbail”lə səfər oyunu bitdikdən sonra KİV nümayəndəsinin çəkiliş aparmasına mane olması və ona fiziki təzyiq göstərməyə cəhd etməsi olub.
İntizam Komitəsi İlkin Verdiyevi ikisi şərti olmaqla beş oyun cəzalandırıb, “Kəpəz” klubu isə 4000 manat məbləğində cərimə edilib. Sınaq müddəti 3 ay müddətinə təyin olunub.