Gəncədə "Kəpəz"lə "Neftçi"nin oyununda insident yaşanıb. Bu haqda 7 avqust tarixində Sportinfo.az-a istinadən xəbər veririk.
"Kəpəz"in akademiyasının məşqçisi Rövşən Əhmədov oyun zamanı qadağan olunmuş tribunaya qalxıb. Ona həmin əraziyə daxil olmağa icazə olmadığı deyilsə də, o, buna məhəl qoymayıb. Nəticədə R.Əhmədov polis şöbəsinə aparılıb.
Qeyd edək ki, məşqçi spirtli içkinin təsiri altında olub.