“Kəpəz” bugünkü oyuna itkilərlə çıxıb. Bu haqda 14 dekabr tarixində futbol klubuna istinadən məlumat veririk.
Təmsilçimiz Gəncə şəhər stadionunda “Sabah”la qarşılaşıb. Komandanın heyətindən Zamiq Əliyev və Ruslan Süleymanov zədə səbəbindən görüşü buraxıblar. Ahmed Ayzaya isə cəzalı olduğu üçün oyunu tribunadan izləyir.