Gəncənin təmsilçisi bugünkü matça itkilərlə çıxacaq. Bu haqda 20 dekabr tarixində futbol klubuna istinadən məlumat veririk.
Bu gün Tovuz şəhər stadionunda “Kəpəz” “Turan Tovuz”un qonağı olacaq. Təmsilçimizin heyətindən Zamiq Əliyev və Ruslan Süleymanov zədə səbəbindən görüşə çıxa bilməyəcəklər. Giorgi Kantariya isə cəzalı olduğundan oyunu tribunadan izləyəcək.