Gəncə təmsilçisinin oyunçusu millidə məşq keçib. Bu haqda 18 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Söhbət “Kəpəz”in amputant komandasının üzvü Hüseyn Hüseynovdan gedir. Futbolçumuz yığmanın tərkibində Türkiyədə təlim-məşq toplanışında iştirak edib. O, gələn ay Fransada keçiriləcək Avropa çempionatına hazırlaşıb. Məşqlər iki həftəyə yaxın davam edib.
Bundan başqa, amputantlardan ibarət milli komandamız yaxın günlərdə Qubada Türkiyə yığması ilə birlikdə növbəti dəfə toplanışda olacaq. Daha sonra seçmə komandamız Fransadakı Avropa çempionatına yollanacaq. Yığmamız yarışda Türkiyə, İrlandiya və İsraillə eyni qrupda mübarizə aparacaq.