Nizami yurdunu Premyer Liqada təmsil edən “Kəpəz” yeni futbolçu ilə müqavilə imzalayıb. Bu barədə 16 avqust tarixində futbol klubuna istinadən məlumat veririk.
Transfer çalışmalarını davam etdirən klubumuz daha bir oyunçu keçidini rəsmiləşdirib. Orxan Əliyevlə bir illik müqavilə imzalanıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Əliyev son olaraq "Araz Naxçıvan"da oynayıb. 28 yaşlı futbolçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.
Xatırladaq ki, sabah, avqustun 17-si “Kəpəz” qərb derbisi çərçivəsində oyuna çıxacaq.