Gəncə təmsilçisi daha bir rəqibi ilə görüşəcək. Bu haqda 28 sentyabr tarixində futbol klubuna istinadən xəbər veririk.
Misli Premyer Liqasının VIII turu çərçivəsində növbəti oyun keçiriləcək. "Kəpəz" PFK bu dəfə “Qəbələ” ilə mübarizə aparacaq.
Oyun 1 oktyabr tarixində saat 16:00-da Gəncə şəhər stadionunda baş tutacaq.
Matç canlı olaraq, CBC Sport telekanalında yayımlanacaq.