Gəncə təmsilçisi növbəti yoxlama oyunu keçirib. Bu haqda 31 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz”in yeni mövsümə hazırlığı davam edir. Azər Məmmədovun yetirmələri əvəzedicilərlə qarşılaşıblar. Matç Gəncə şəhər stadionunun yardımçı meydançasında baş tutub. Əsas komanda əvəzediciləri 5:0 hesabı ilə məğlub edib.
Qolları Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Elnur Cəfərov və Bəxtiyar Həsənalızadə vurublar.