Gəncə təmsilçisindən ayrılan oyunçulardan biri digər komanda ilə razılıq əldə edib. Bu haqda 17 iyun tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz” braziliyalı Junior Martinsin transferi ilə bağlı “Zirə” FK ilə razılıq əldə edib. Yarımmüdafiəçi karyerasını Bakı təmsilçisində davam etdirəcək.
Qeyd edək ki, Martins 2023-cü ildən komandamızda oynayırdı. Orta xətt oyunçusu son mövsümdə çempionatda 32 matçda 8 qol vurub və 5 assist edib.