Gəncə təmsilçisi Azərbaycan Kuboku çərçivəsində “Turan Tovuz”la qarşılaşıb. Bu haqda 20 dekabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” “Turan Tovuz”un qonağı olub. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, “Kəpəz” Azərbaycan Kubokunda mübarizəsini dayandırıb.
Bundan başqa, oyunda final fitinin ardından futbolçular arasında dava düşüb. Azarkeşlər meydana girməyə cəhd göstərsələr də, polislər bunun qarşısını alıblar. Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.