Gəncə təmsilçisi yeni əməkdaşlığa başlayıb. Bu haqda 24 iyul tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz” və "Maximus" MMC-nin əməkdaşları arasında görüş baş tutub. Tədbir zamanı tərəflər əməkdaşlıq müqaviləsi bağlayıblar. Sənədi PFK İctimai Birliyinin İdarə Heyətinin sədri İlqar Nadiri ilə "Maximus" MMC-nin direktoru Elnur Kosayev imzalayıblar.
Müqaviləyə əsasən, şirkət mövsüm ərzində klubun su təminatını "Aqua Life Qax" suları ilə həyata keçirəcək. Əsas komandanın oyun formalarında isə şirkətin loqosu əks olunacaq.