Gəncənin I Divizion təmsilçisi qələbə qazanıb. Bu haqda 17 dekabr tarixində futbol klubuna istinadən məlumat veririk.
“Kəpəz-2” I Divizionda 13-cü oyuna çıxıb. Komanda “Sumqayıt-2” ilə qarşılaşıb. Oyun Gəncə şəhər stadionunda (ehtiyat meydança) baş tutub. Matç təmsilçimizin 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada 2 qolu Rauf Əliyev, birini də Nicat Məmmədov vurub.