İslam dünyasının müqəddəs ziyarətgahlarından biri hesab olunan Gəncənin "İmamzadə ziyarətgah" kompleksində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) canlı qüvvəsi və texnikaları vasitəsilə abadlıq işləri görülür.
Gencexeber.az quruma istinadən bildirir ki, dini kompleksinin ətraf hissələrində yaşıllıq massivlərinə aqrotexniki qulluq göstərilib, qurumuş ağac budaqları kəsilib.
Bundan əlavə kompleksin ərazisində sökülən və təmirə ehtiyacı olan döşəmə keramik plitələr yeniləri ilə əvəz olunur.