Şəmkirdə seçicilərlə görüş baş tutub.
Gencexeber.az Şəmkir Gənclər Evinə istinadən məlumat verir ki, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda hüquqi maarifləndirici tədbir ilk dəfə səs verəcək gənclər üçün təşkil olunub. Tədbirdə seçki hüququnun qanunvericilik bazası, seçici hüquqlarının qorunması, şəffaflığın və ədalətin təmin olunması barədə məlumatlar verilib.
Görüşün interaktiv hissəsində iştirakçılar müxtəlif suallar ünvanlayıb, praktiki məsləhətlər alıblar və seçkilərdə bağlı mövcud olan hər hansı yanlış təsəvvürləri aradan qaldırmağa çalışıblar.
Sonda isə iştirakçılara seçki hüququ ilə bağlı broşürlər və digər maarifləndirici materiallar paylanılıb.