İldırım vurması nəticəsində həlak olan əsgərin Gəncədə dəfn mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a 10 iyun tarixində məlumat daxil olub.
Şəhid Əli Elşən oğlu Nağıyevin nəşi ailəsinin yaşadığı evə gətirilib. Burada onunla vida mərasimi baş tutub. Daha sonra şəhid Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhərin rəsmiləri iştirak ediblər.
Xatırladaq ki , Əli Elşən oğlu Nağıyev xidməti vəzifəsini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.
[modula id="60897"]