Gəncədə ildırımdan zərər çəkən gənc evə buraxılıb. Bu haqda 3 iyun tarixində Kəpəz televiziyasına istinadən xəbər veririk.
İki gün əvvəl ildırım vurmasından xəstəxanaya yerləşdirilən Orxan Quliyev barədə xəbər paylaşmışdıq. 24 yaşlı gənc şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılmışdı.
Orxan Quliyev xəstəxanada göstərilən tibbi yardımdan sonra evə buraxılıb.