Gəncədə intihar hadisəsi baş verib. Bu haqda 12 iyun tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Burada yaşayan 29 yaşlı Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarımtikilidə özünü asıb.
Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, T. Aslanova ailəli olub, 2 övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.