Gəncə futbol klubunun oyunçuları millidə çıxış edəcəklər. Bu haqda 1 iyun tarixində futbol klubuna istinadən xəbər veririk.
“Kəpəz”in iki futbolçusu 21 yaşadək Azərbaycan milli komandasına dəvət alıb. Söhbət Mahir Həsənov və Rüfət Əhmədovdan gedir.
Futbolçular 7 iyun tarixində səfərdə Slovakiya, 11 iyun tarixində isə Bakıda Bolqarıstan ilə qarşılaşacaqlar.