Gəncədə universitetlərdən birində auditoriyanın divarında portret çəkilib. Bu haqda 17 dekabr tarixində Gəncə Dövlət Universitetinə istinadən məlumat veririk.
GDU-da təhsil müəssisəsinin şəhid məzunu Xalid Nəciyevin portreti canlandırılıb. Bu, tarix-coğrafiya fakültəsinin təşəbbüsü ilə baş tutub. Portret şəhidin adını daşıyan auditoriyada çəkilib.
Xalid Qabil oğlu Nəciyev Saatlı şəhərində anadan olub. O, 2009–2013-cü illərdə GDU-da tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 5 noyabr 2020-ci ildə, Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.