Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəşad Məmmədovun ailəsi ziyarət edilib. Bu haqda dekabrın 9-u Gencexeber.az sosial şəbəkələrə istinadən məlumat verir.
Ailə ilə görüşə GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Tarix-Coğrafiya fakültəsinin müəllimləri və universitetin bir qrup tələbəsi gəlib. Şəhidin ailəsi və Rəşad Məmmədovun məzun olduğu universitetin müəllimləri onun həyat yolundan, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətindən danışıblar.
Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rəşad ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.