Gəncə sakinləri bu gün şəhid Oruc Bədəlovla vidalaşıblar. Bu haqda Gencexeber.az-a 22 sentyabr tarixində məlumat daxil olub.
Oruc Arif oğlu Bədəlov 19 sentyabr tarixində başlayan antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb. Gecə saatlarında şəhidimizin nəşi böyüdüyü evə gətirilib. Bu gün, 22 sentyabr Orucla vida mərasimi keçirilib. Ailəsi, qohumları, dost-tanışı, şəhər sakinləri və rəsmi şəxslər Bədəlovla vidalaşıblar.
Daha sonra Oruc Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Onun qəbrinin üstünə əklillər və gül dəstələri gətirilib.
Qeyd edək ki, Oruc Bədəlovun 5 ay öncə anası dünyasını dəyişib.
[modula id="46372"]