Gəncədə şəhid bulağının açılış mərasimi baş tutub. Bu haqda Gencexeber.az-a 19 dekabr tarixində məlumat daxil olub.
Ermənistanın təxribatı nəticəsində sentyabr ayında şəhid olan Nihad Verdiyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Mərasimdə Daşkəsən rayonu və Gəncə şəhərinin icra başçıları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər. Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin evində ehsan süfrəsi verilib.
Qeyd edək ki, Nihad Verdiyev ölkə başçısının müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
[caption id="attachment_29694" align="alignnone" width="300"]
Foto Gencexeber.az[/caption]