Gəncədə pirotexniki vasitələrin satışı sakinlərin narahatlığına səbəb olub. Bu haqda Gencexeber.az 27 dekabr tarixində məlumat verir.
Şəhərin Heydər Əliyev prospektində, Mirzə Abbas Abbaszadə və digər küçələrində, həmçinin bir sıra mağazalarda pirotexniki vasitələr satılır. İllər öncə bu vasitələrin ölkəyə gətirilməsinə və satışına qadağa qoyulsa da, bəzi vətəndaşlar buna əməl etmirlər.
Sakinlər sözügedən vasitələrin satışından narahat olduqlarını bildirirlər. Həm uşaq, həm də böyüklər üçün təhlükə mənbəyi olan bu vasitələr hər il onlarla bədbəxt hadisəyə səbəb olur. Bəzi valideynlər öz övladlarına icazə verməsələr də, onların partlayıcıları digər uşaqlardan götürərək istifadə etdiklərini və ya xəbərsiz aldıqlarını deyirlər.