Silahlı Qüvvələr Gününə həsr edilən tədbir baş tutacaq. Bu haqda 26 iyun tarixində Report-a istinadən xəbər veririk.
Şəhərimizin mərkəzi küçə və prospektlərində 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları olacaq. Hərbi qulluqçuların çıxışı bu gün saat 10:00-dan 12:00-dək təqdim olunacaq.
Yürüşlər, həmçinin Bakı, Sumqayıt, Şuşa şəhərləri və Bərdə rayonunda da keçiriləcək.