Azərbaycan ordusunun hərbi qulluqçusu intihar edib. Bu haqda 10 yanvar tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Gəncə Hərbi Prokurorluğuna Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə məlumat daxil olub. Prokurorluğun əməkdaşları hadisə yerinə gəliblər.
Bildirilib ki, fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi təmin ediləcək.