Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri təltif olunub. Bu haqda 6 yanvar tarixində Baş idarəyə istinadən məlumat veririk.
İdarənin rəisi Həmid Nəsirov “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı ilə görüşüb. Burada ölkə başçısının idman və gənclərə göstərdiyi diqqətdən bəhs edilib.
Daha sonra 2021-2022-ci illər ərzində "Davam" Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi daimi dəstəyə görə Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirova “Təşəkkürnamə” təqdim olunub.