Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Türkiyə Baş konsulu ilə görüşüb. Bu haqda 20 dekabr tarixində idarəyə istinadən məlumat veririk.
Baş İdarə rəisi Həmid Nəsirov Zeki Öztürkün diplomatik missiyasının başa çatması ilə əlaqədar onu ziyarət edib. Nəsirov konsulun diplomatik fəaliyyəti dövründə Gəncə şəhəri üçün və Gənclər və İdman sahəsində göstərdiyi xidmətlərindən danışıb. O qeyd edib ki, Zeki Öztürk Gəncə şəhərinin ağır dönəmlərində Şəhər ictimaiyyətinin arasında olub, öhdəsinə düşən vəzifəni layiqincə və şərəflə icra edib.
Zeki Öztürk səmimi ziyarət üçün öz minnətdarlığını bildirib və Gəncədən xoş təəssüratlarla ayrıldığını bildirib.
Daha sonra Həmid Nəsirov Zeki Öztürkü Türkiyə Respublikasının Gəncədəki Baş konsulu kimi Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsində, şəhərin ictimai və idman həyatında, həmçinin idman sahəsinə verdiyi töhfələrə görə Fəxri Fərmanla təltif edib və Gəncəni əks etdirən simvolik hədiyyə təqdim edib.