Hazırda Göygöl rayonun Tülallar kəndində axşam saatlarından yağmağa başlayan qar davam edir. Kənd ərazisində qarın hündürlüyü 6 santimetrə çatıb.
Gencexeber.az-ın məlumatına əsasən, Tülallarla rayon mərkəzini birləşdirən yolda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Nəqliyyatın hərəkətinin təmin olunması istiqamətində tədbirlər görülür.
Sözügedən kənd rayon mərkəzindən 35 km uzaqlıqda yerləşir. Kəndin 250-ə yaxın sakini var.