top
Göygöldə bələdiyyə sədrini döyən qazi həbsdən azad edilib
22 iyun 2026, 10:42
- ↺ +

Göygöldə bələdiyyə sədrini döyən qazi həbsdən azad edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elmir Ədilovun (adı, soyadı şərtidir) barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.аz xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

İttihama görə, hadisə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən Üçtəpə-Qızılca kənd bələdiyyəsinin inzibati binasında baş verib.

Belə ki, Elmir Ədilov bələdiyyə sədri zərərçəkmiş Fuad Əliyevə (adı, soyadı şərtidir) kənd ərazisində inşa etdirdiyi obyektə usta göndərməli olduğunu və ona kömək etməyə borclu olduğunu bildirərək bələdiyyə binasına gəlib. Elmir bələdiyyə sədrinin sifət və baş nahiyələrinə zərbələr endirib. Eyni zamanda bələdiyyə sədrinə 163 manat məbləğində maddi ziyan vurub. Təqsirləndirilən şəxs mühafizəçiyə də hücum edib, stulla zərbələr endirib.

Göygöl Rayon Məhkəməsi onun əməlini Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə tövsif edərək 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Elmir Ədilovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Apellyasiya instansiyası məhkəməsində çıxış edən məhkum və onun müdafiəçisi əlavə olaraq bildiriblər ki, təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır. Onlar həmçinin Elmirin ailə vəziyyətinin, himayəsində üç azyaşlı uşağın olmasının, Vətən müharibəsi iştirakçısı və müharibə nəticəsində bir gözünü itirərək ikinci qrup əlil olmasının nəzərə alınmasını xahiş ediblər.

Son məhkəmədə verilən qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Göygöl Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub. Elmir Ədilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında həbsdən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Bütün xəbərlər
Dünən, 11:17

Gəncə sakininin xəbəri olmadan adına şirkət açıldı, 634 min manat borcu yarandı

Bütün xəbərlər
Dünən, 10:46

23 tondan çox yararsız ət idxalının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 10:13

V Gəncə Kitab Sərgisi keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:46

"Omid"in rəhbəri tutuldu: Gəncədəki mağaza müdirini döyüb

Bütün xəbərlər
Dünən, 09:33

Qadınlarla içki məclisinin axırı həbsdə bitdi - MƏHKƏMƏ

Oxşar xəbərlər