Xəbər verdiyimiz kimi, Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürüb.
Gencexeber.az məlumat verir ki, Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tamerlan Əliyev yarışda 90+ kiloqram çəki dərəcəsində çıxış edərək üçüncü yerə layiq görülüb. O, bu nəticə ilə bürünc medal qazanıb.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Tamerlan Əliyev Gəncə "Olimpiya" idman klubunun üzvüdür. Gənc idmançı məşqçilər – Araz Muxtarov və Ruhin Əkbərlinin rəhbərliyi altında məşqlərini davam etdirir.